Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiya iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq

Rusiya 2026-cı il iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır.

Bu barədə Boyukmillet.com  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Qurumdan qeyd edilib ki, iyulun 14-dən 21-dək “Rosselxoznadzor”un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar.

“Aşkar edilmiş pozuntularla əlaqədar “Rosselxoznadzor” təhlükəli süd məhsullarının Rusiyaya idxalının qarşısının alınması və daxili bazarda satışına yol verilməməsi üçün tədbirlər görüb”, – məlumatda bildirilib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …