Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ-da hava limanında atışma olub, xəsarət alanlar var

ABŞ-ın Atlanta şəhərində hava limanında baş verən odlu silahla insident nəticəsində bir neçə nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) məlumat yayıb.

İnsident nəticəsində 3 nəfərin yaralandığı qeyd edilir.

Hadisə müvəqqəti olaraq təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub.

Bundan əvvəl bildirilib ki, Xartsfild-Cekson Beynəlxalq Hava Limanında odlu silahdan təsadüfən açılan atəş insanları qorxudub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …