Şənbə , 6 Dekabr 2025
Drone Cameras

ABŞ-da qasırğa zamanı fabrikin uçması nəticəsində 8 nəfər həlak olub

ABŞ-ın Kentukki ştatının Mayfild şəhərində şam fabrikinin qasırğa zamanı çökməsi nəticəsində 8 nəfər ölüb, bu qədər sayda da insan itkin düşüb.

Boyukmillet.com xəbər verir ki,bu barədə “Reuters” agentliyi şirkətin nümayəndəsi – müəssisənin operatoru Bob Ferqyusona istinadən məlumat yayıb.

İlkin məlumata görə, fəlakət zamanı istehsalat ərazisində 110-a yaxın işçi olub. “Fabrikdə 70 nəfərin ölə biləcəyi ilə bağlı ilkin məlumatlar var idi. Bu, həddən artıq çoxdur. Şükür ki, rəqəmlər daha azdır”, – Ferqyuson deyib: “Biz hələ də itkin düşən səkkiz nəfərdən birini tapa biləcəyimizə ümid edirik “.

Daha əvvəl Kentukki qubernatoru Endi Beşir ştatda dağıdıcı qasırğa nəticəsində 80-dən çox insanın öldüyünü və onların sayının 100-ü keçə biləcəyini bildirib.

ABŞ-ın bir sıra ştatlarında qasırğa qurbanlarının ümumi sayı 90 nəfəri ötüb.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …