Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ABŞ-dakı saxta universitet diplomatik qalmaqal yaradıb

ABŞ-da aparılan “miqrant ovu” Hindistanla əsl diplomatik qalmaqala səbəb olub.

Belə ki, ABŞ hüquq-mühafizə orqanları bu günlərdə saxta universitetdə guya tələbə kimi qeydiyyatdan keçmək bəhanəsi ilə ölkəyə gələn 129 hindli tələbəni həbs edib.

“BBC News”un informasiyasına əsasən, internetdə reklam olunan Miçiqan ştatındadkı “Farminqton universiteti” qeyri-leqal miqrantları axtarıb, tapmağa çalışan ABŞ Daxili təhlükəsizlik nazilriyinin agentləri tərəfindən ifşa edilib.

Yerli prokurorluq bu universitetdə adlarını qeyd etdirən şəxslərin əslində əvvəldən onun saxta olduğunu bildiyini bəyan edib. Lakin Hindistan hökuməti bəhs olunan tələbələrin aldadıldığını düşünür.

Buna görə Hindistan Xarici işlər nazirliyi ABŞ-ın Nyu-Dehlidə yerləşən səfirliyinə etiraz notası təqdim edib.

Diplomatik idarə ABŞ hakimiyyətinin həbs olunan tələbələrə konsul yardımını göstərmək imkanını verməməsindən də şikayətlənib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir