Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Roma Papası Ərəbistana gedir — İlk səfər

Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Interfax” agentliyi məlumat yayıb.

Xəbərə əsasən, Papa Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir