Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ-dan Kiprin rum kəsiminə silah SATIŞI – Türkiyə Xarici İşlər Nazirliyi sərt ETİRAZ ETDİ

Türkiyə ABŞ-ın Kiprin rum kəsiminə qarşı silah embarqosunu ləğv etmək qərarının (2020-ci ilin sentyabrında) əhatə dairəsini genişləndirmək qərarını şiddətlə qınayır. 

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda deyilir. 

Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə həmrəy olduğunu vurğulayaraq, ABŞ administrasiyasının hərəkətlərinin Kıbrıs icmaları üçün bərabər hüquqlar prinsipinə zidd olduğunu qeyd edib:

“Vaşinqtonun hərəkətləri Kiprin yunan icmasının barışmaz yanaşmalarını sərtləşdirəcək və bütövlükdə Kıbrıs probleminin həllinə mənfi təsir göstərəcək. Adada silahlanma yarışı başlayacaq ki, bu da bütün Şərqi Aralıq dənizində sabitliyə və sülhə təsir edəcək”. 

Ankara Vaşinqtonu qərarlarına yenidən baxmağa və Kiprlə bağlı balanslaşdırılmış siyasətə riayət etməyə çağırıb. 

Türkiyə Xarici İşlər Nazirliyi həm ABŞ, həm də bütün dünya ictimaiyyəti tərəfindən 1959-60-cı illər müqavilələri fonunda Kiprdəki türk icmasının hüquqlarının nəzərə alınmasının vacibliyini qeyd edib. 

Sənəddə daha sonra qeyd edilir: “Türkiyə Kıbrıs üçün qarant dövlət olaraq, tarixi və hüquqi öhdəliklərinə uyğun olaraq Kıbrıs türklərinin maraqlarını və təhlükəsizliyini qorumaq üçün addımlar atmağa davam edəcək”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti cümə günü 2023-cü maliyyə ili üçün Kipr yunan icması üçün silah ticarətinə qoyulan məhdudiyyətləri ləğv edib. 

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bəyanatında deyilir. 

“Katib Entoni Blinken Kipr Respublikasının (Kipr yunan İcması) 2023-cü maliyyə ilində müdafiə məhsullarının ixracı, təkrar ixracı və transferinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtlərə əməl etdiyini Konqres tərəfindən müəyyən etdi və təsdiq etdi. Uyğunluq illik əsasda qiymətləndirilir… Dövlət Katibi 2023-cü maliyyə ili üçün Kipr Respublikası ilə bağlı müdafiə məhsullarının ticarətinə qoyulan məhdudiyyətləri aradan qaldırıb”, – Ned Price açıqlamasında bildirib. 

Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən qüvvəyə minən yeni siyasəti əks etdirmək üçün dəyişdiriləcək. 

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …