Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brinki Yerevanda qəbul edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında əlaqələrdən və onun inkişafından danışıblar.
Məlumata görə, onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq razılaşmalaının yerinə yetirilməsinə də toxunublar.
Check Also
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …
Boyukmillet.com Biz yanmasaq vətən yanar