Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brinki Yerevanda qəbul edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında əlaqələrdən və onun inkişafından danışıblar.
Məlumata görə, onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq razılaşmalaının yerinə yetirilməsinə də toxunublar.
Check Also
Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır
Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
