Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ dollarının möhkəmlənməsi qızılı ucuzlaşdırıb

ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub. Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsi iə bağlı qərarını gözləyir.

Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,4 %, yaxud 6,65 dollar ucuzlaşaraq 1 unsiyası 1726,45 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,24 % düşərək 1 unsiyası 19,462 dollar təşkil edib.

ABŞ dollarının indeksi 0,06 % artaraq 109,83 bəndə çatıb. Bahalı dollar qızıla olan tələbi azaldır, bu isə onun başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …