Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”

“ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin (SGC) reallaşdırılması təklifini çox dəstəkləyib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman deyib.

Onun sözlərinə görə, Avropa qitəsi hazırda enerji böhranı yaşayır.

“Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın etibarsız mənbələrdir. Həm də hamımız enerji mənbələrimizi şaxələndirməliyik. Cənub Qaz Dəhlizi tarixən mühüm rol oynayıb, o, dövlət və özəl sektoru bir araya gətirən böyük layihə olub və indi biz onun faydaları ilə yanaşı, uğurlarını da görürük və onun gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”, – L.Loxman bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …