Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ hərbçilərini Şərqi Avropada yerləşdirməyə başlayıb

ABŞ Ukrayna ətrafındakı vəziyyətə cavab tədbirləri çərçivəsində Avropaya əlavə hərbçilərin daşınmasına başlayıb.

Boyukmillet.com bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, 2 000 nəfərlik kontingent Şimali Karolinadakı hərbi bazadan “C-17 Globemaster” təyyarəsi ilə uçub.

ABŞ ordusunun əsas hissəsinin Polşada, qalan hissəsinin isə müvəqqəti olaraq Almaniyada yerləşdiriləcəyi bildirilir.

Bundan əvvəl Pentaqon Amerika qüvvələrinin Avropaya mümkün köçürülməsi halında daha bir neçə min əsgərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib. Prezident Cozef Bayden daha çox qoşunun göndərilməsini rəsmən təsdiqləyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ABŞ-ın Şərqi Avropadakı hərbi kontingentinin artırılmasını dəstəkləyir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …