Şənbə , 27 Aprel 2024
Drone Cameras

ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir…

Prezident İlham Əliyevin Laçından açıq mətnlə verdiyi mesaja ABŞ Dövlət Departamentinin reaksiyası Ermənistanda ciddi şəkildə müzakirə edilir.

Boyukmillet.com xəbər verir ki, erməni ekspertlər Prezident Əliyevin mesajının ABŞ tərəfindən dərhal dəstəklənməsini Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyinin sübutu kimi yanaşırlar.

Erməni ekspert Edqar Elbakyan isə bu mövqeyi rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsi adlandırıb.

“Biz pərdəarxası danışıqların şahidi oluruq” deyən ekspertin fikrincə, ABŞ-ın bu bəyanatını bu cür tərcümə etmək mümkündür: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı prezidentdən söhbət gedir?”

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …