Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ-ın ən böyük banklarından biri müflis olub

ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” (SVB) müflis olub.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumatında deyilir.

“Silicon Valley Bank”dan bütün sığortalanmış əmanətlər “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir.

ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, ölkənin bank sistemi “Silicon Valley Bank” ətrafındakı vəziyyətin öhdəsindən gəlməlidir.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …