Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

ABŞ hərbçilərinin Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşdiyi Ömər bazası raket atəşinə tutulub.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum terrorçu qrupların yerləşdiyi Əl-Məyadin bölgəsindən həyata keçirilib.

Atəş 10-a yaxın raketdən istifadə edilməklə həyata keçirilib.

Dəymiş ziyanla bağlı məlumat daxil olmayıb.

ABŞ qüvvələri buna cavab olaraq Əl-Məyadin bölgəsindəki atəş nöqtələrini atəşə tutub

Check Also

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün …