Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ institutu Putinin Baş Qərargah rəisini Ukraynaya göndərməsinin məqsədini açıqlayıb

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi, çox güman ki, Rusiyanın 2023-cü il üçün planlaşdırdığı həlledici hərbi səylərinə rəhbərlik etmək məqsədi daşıyır. Amma o, Prezident Vladimir Putinin gözləntilərini çətin uğurla yerinə yetirsin”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Təşkilat Kremlin son addımını təhlil edib. Bildirilib ki, V.Putin Ukraynadakı maksimalist niyyətlərindən əl çəkməyib: “Rusiyanın 2022-ci ilin fevral ayındakı fəlakətli müharibə planını təsdiqləyən və geri çəkilməyən Gerasimov çətin ki, indi Putinə müqavimət göstərsin. Vladimir Putin başa düşür ki, Ukrayna bu il növbəti əks-hücum əməliyyatlarına başlaya bilər. Gerasimov bu ehtimal edilən hücumlara qarşı Rusiya qüvvələrini gücləndirmək niyyətindədir”.

Məlumata görə, Rusiya müdafiə sənayesinin silah-sursat çatışmazlığını aradan qaldıra bilməməsi, çox güman ki, 2023-cü ildə Rusiya qüvvələrinin Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirməsinə mane olacaq: “Rusiya ordusunun komandanları etiraf edirlər ki, sursat və təchizat çatışmazlığı qoşunların irəliləmə qabiliyyətinə mane olur. Rusiya qüvvələri hələ də Soledarı tam ələ keçirə bilməyib. Onların Soledarı ələ keçirməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil”.

Analitiklərin fikrincə, Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu hərbi qrupunda döyüşən məhkumlarla bağlı gizli əfv fərmanı verib: “Bu, çox güman ki, “Vaqner”çilərin fəaliyyətini daha da gücləndirmək üçündür”.

Analitiklərin proqnozuna görə, Rusiyanın müdafiə sənayəsi bu il ötən ilki itkiləri kompensasiya etmək üçün çalışacaq: “Rusiya rəsmiləri, həmçinin ikinci səfərbərlik dalğasını gündəmə gətirməyə davam edir. Rusiyanın Beynəlxalq Münasibətlər Şurasının üzvü Sergey Tsekov təklif edib ki, 21 yaşdan yuxarı hərbi xidmətə çağırılan əsgərlər könüllü razılıq və altı ay təlim keçməklə Ukraynadakı müharibədə iştirak edə bilərlər. Ukrayna Baş Qərargahı və Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bütün Rusiya sərhəd idarələrinə yanvarın 9-dan hərbi xidmətə yararlı Rusiya vətəndaşlarının ölkəni tərk etmələrini qadağan edən əmr verib. Kreml sözçüsü Dmitri Peskovun bu iddiaları qəbul etməməsinə baxmayaraq, səfərbərliyin ikinci dalğası mümkündür”. 

ABŞ institunun qənaətinə görə, Ukraynanın HIMARS raketləri ilə Donetsk vilayətinin Makiivka şəhərindəki Rusiya bazasına endirdiyi zərbələr Rusiyanın imicini aşağı salmaqda və ruh düşkünlüyü yaratmaqda davam edir: “Rusiya həmin zərbələr nəticəsində 623 hərbçi itirdiyini təsdiqləyib. Ukrayna Baş Kəşfiyyat İdarəsi isə qarşı tərəfin hərbçisinin hadisə nəticəsində 600-dən çox rus əsgərinin məhv olmasını təsdiqləyən səsyazısını yayıb. Həmin səs yazısında deyilir ki, Rusiya hakimiyyəti ölən rusların sayının iğtişaşlara səbəb ola biləcəyindən qorxaraq onların sayını bilərəkdən minimuma endirir”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ukraynadakı qoşunlarına “Cənab Armegeddon” ləqəbli general-leytenant Sergey Sorovikin rəhbərlik edib. O, bu vəzifədə cəmi üç ay qalıb.

Yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya indiyədək 111 170 nəfər itki verib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …