Şənbə , 20 İyun 2026
Drone Cameras

ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib

ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra artıq azı 25 gəmi Hörmüz boğazından keçib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti “Kpler” analitik şirkətinə istinadən məlumat yayıb.

“Cümə axşamı 25 gəmi Hörmüz boğazından keçib. Bu, regionda ilişib qalmış gəmilərin yalnız bir hissəsi olsa da, söhbət iki həftədən artıq müddət ərzində gündəlik keçidlərin ən böyük sayından və münaqişənin başlanmasından bəri ən yüksək gündəlik göstəricilərdən birindən gedir”, – nəşr yazıb.

Qəzet “TankerTrackers” şirkətinin məlumatlarına istinadən qeyd edib ki, son beş gün ərzində təxminən 18 milyon barel neft İran limanlarını və dayanacaqlarını tərk edib.

“Ümumilikdə isə daha 550-yə yaxın iri kommersiya gəmisi, o cümlədən 160 tanker boğazdan keçidini gözləyir”, – qəzet “Lloyd’s List” nəşrinin hesablamalarına istinadən yazıb.

İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandum imzalayıb. Memorandum həmçinin ABŞ-nin dəniz blokadasını aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətləri müəyyən edib. Tərəflər 60 gün ərzində danışıqlar aparmalıdırlar.

Check Also

Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib

Türkiyədə “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq …