Cümə , 13 Noyabr 2026
Drone Cameras

Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib

Türkiyədə “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun qüvvəyə minib.

Boyukmillet.com bu barədə “Resmi Gazete”yə istinadən xəbər verir.

Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qəbul edilən qərar rəsmi qəzetdə yayımlanaraq qanuni qüvvə qazanıb.

Qeyd edək ki, sözügedən saziş 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə imzalanıb. Azərbaycan həmin sazişi 2025-ci ilin aprelində təsdiqləyib.

Check Also

Gələn il dövlət büdcəsində hansı dəyişikliklər olacaq?

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat təşkil …