Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi

Nətənz yaxınlığında yeni nüvə obyektində fəaliyyət davam edərsə, Vaşinqton İrana kütləvi zərbələr endirə bilər.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Dallasda noyabr ayı ara seçkilərindən əvvəl keçirilən Respublikaçıların Milli Konqresində çıxış edərkən deyib: “Kirk dağında kiçik bir aktivlik müşahidə edirik. İrana oyun oynamamağı məsləhət görərdim, çünki onlara çox sərt zərbə vurmalı olacağıq. Başqa seçimimiz yoxdur”.

O, ABŞ-ın Kirk dağına birbaşa zərbə endirə biləcəyini deyib: “Kimsə obyektdə kiçik bir aktivlik olduğunu deyib. Oraya zərbə endirməli ola bilərik”.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …