Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran İordaniyada ABŞ-ın 9 təyyarəsini zədələyib

9 sentyabr gecəsi İranın İordaniyadakı aviabazaya endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.

Boyukmillet.com xəbər verir ki, məlumatı CBS yayıb. Telekanalın mənbələrinə görə, Müvəffəq Salti aviabazasında bir A-10 Thunderbolt təyyarəsi zədələnib – onun qanadından biri sıradan çıxıb. Bundan əlavə, səkkiz F-15 qırıcı təyyarəsinə “kiçik ziyan dəyib və onlar yenidən xidmətə qaytarılıb”.

İordaniyadakı Amerika qüvvələri müdafiə üçün 30-dan çox Patriot hava hücumundan müdafiə raketindən istifadə edib.
Kanal aydınlaşdırıb ki, bu zərbələr nəticəsində İordaniyada heç bir Amerika hərbçisi itkisi qeydə alınmayıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …