Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

ABŞ-la “Taliban” arasında gələn həftə məsləhətləşmələr başlayır

ABŞ Dövlət Departamenti gələn həftə “Taliban”la terrorla mübarizə mövzusunda məsləhətləşmələrə başlayacağını təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Prays deyib ki, Əfqanıstan üzrə xüsusi elçi Tom Uest “Taliban” liderləri ilə iki həftəlik görüş üçün Dohaya gedəcək.

Danışıqlara ABŞ vətəndaşları və xüsusi öhdəliklərimiz olan əfqanlar üçün təhlükəsiz səyahət, həmçinin humanitar yardım məsələləri daxildir.

Qeyd edilir ki, ABŞ təkcə bu il Əfqanıstana 474 milyon dollar humanitar yardım vəd edib.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …