Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

ABŞ narkokartellərin dronlarına qarşı o silahdan istifadəyə başladı

ABŞ ordusu Meksika sərhədi yaxınlığında Meksika narkotik kartellərinə mıxsus 3 dronunu vurmaq üçün lazer silahlarından istifadə edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Reuters ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sisteminin istifadəsinə başlayıb. Əməliyyatın yeri açıqlanmayıb və Reuters dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib.

ABŞ ordusunun açıqlamasına görə, dronlar ABŞ qoşunları, Gömrük və Sərhəd Mühafizəsi personalı üçün “fiziki təhlükə” yaradıb.

Check Also

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu …