Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Eldar Əzizovun qudası işdən çıxarıldı

Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Xatırladaq ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Ziyafət Tağıyevanın Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qudası olduğu deyilir. Onun oğlu isə Yevlax rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevdir.(Faktum.az)

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …