Bazar ertəsi , 12 May 2025
Drone Cameras

ABŞ NATO-nun şərq cinahına əlavə hərbçi və “F-35”lər göndərir

Amerika Birləşmiş Ştatları İtaliyadan Baltikyanı ölkələrə 800-ə qədər hərbçi, eləcə də Almaniyadan NATO-nun şərq cinahına səkkiz “F-35” qırıcısı yerləşdirəcək.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Avropadakı qüvvələrin bir hissəsinin yerini dəyişməklə bağlı tapşırıq verib:

“Onların arasında İtaliyadan Baltik regionuna yerləşdiriləcək təxminən 800 nəfərlik piyada batalyonunun xüsusi təyinatlı qrupu da var. Almaniyadan NATO-nun şərq bayrağına səkkiz F-35 təyyarəsi və 20 AH-64 helikopterindən ibarət hücum aviasiya bölməsi yerləşdiriləcək. 12 AH-64 helikopterdən ibarət qrup Yunanıstandan Polşaya aparılacaq”.

Check Also

Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb

Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş …