Bazar , 15 Noyabr 2026
Drone Cameras

ABŞ-nin İraqı bombalaması nəticəsində 16 nəfər ölüb

ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.

İraqın bu əyalətdəki Hərbi Əməliyyatlar Komandanlığından bildirilib ki, ABŞ tərəfdən açılan atəşlər nəticəsində 16 nəfər ölüb.

Xatırladaq ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların İordaniyadakı hərbi bazasına hücuma cavabdır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, aviasiyanın vurduğu hədəflər arasında komanda məntəqələri, kəşfiyyat mərkəzləri, raket və dron anbarları, habelə İraq və Suriyada Sepah və ona bağlı qüvvələrin sursat təchizatı şəbəkələrinin fəaliyyətini təmin edən digər obyektlər olub.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …