Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

ABŞ-nin müdafiə naziri Əbi-Dabidə ruslarla danışıqlar aparıb

ABŞ-nin müdafiə naziri Daniel Driskol Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə bir neçə saatlıq danışıqlar aparıb və bu gün yenidən görüşməyi planlaşdırır.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ nümayəndəsi Ukraynadakı münaqişənin həlli üçün mümkün addımları müzakirə etməkdən ötrü BƏƏ paytaxtına gəlib. Driskol və Rusiya tərəfi arasında danışıqlar 24 noyabr axşamı başlayıb və bir neçə saat davam edib. Rusiya nümayəndə heyətinin tərkibi açıqlanmayıb.

CBS News mötəbər mənbəyə istinadla aydınlaşdırıb ki, görüş zamanı sülh prosesinin irəliləməsi perspektivləri müzakirə olunub. Növbəti danışıqlar raundu bu gün axşama planlaşdırılıb. Hazırda Ukrayna nümayəndələri ilə mümkün görüş barədə heç bir məlumat yoxdur.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …