Şənbə , 18 May 2024
Drone Cameras

ABŞ nüvə arsenalını artırmaq fikrində deyil

ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi Amerika administrasiyası Rusiya və Çinlə silahlanma yarışını istəmir və ABŞ-ın nüvə arsenalını artırmaq fikrində deyil.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.

“Deyərdim ki, daha çox silah istehsal etmək həll yolu deyil”- deyə, o bildirib.

Cenkins xatırladıb ki, Vaşinqton və Moskva artıq silahlanma yarışından keçiblər: “Deyərdim ki, bizdə silahlanma yarışı var idi. İndi biz silah hazırlamaq üçün milyardlarla dollar xərcləyirik, sonra isə onları məhv etmək üçün milyardlarla dollar vəsait ayrırıq. Bu ssenariyə qayıtmağın heç bir suala cavab verəcəyini düşünmürəm”.

Check Also

Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfəri …