Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ nüvə proqramı ilə İrana çağırış etdi

ABŞ İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planını bərpa etmək istiqamətində danışıqlar aparmaq üçün yenidən Vyanaya qayıtmağa hazırdır.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tehrandan anoloji addım atmağı gözləyir:

“İranın yeni prezidentinə mesajımız, sələflərinə olan mesajla eynidir. Çox sadədir: Birləşmiş Ştatlar milli təhlükəsizliyini və tərəfdaşlarının mənafelərini müdafiə edəcək. Ümid edirik ki, İran indi diplomatik qərarlar qəbul etmək fürsətindən istifadə edəcək. Öz tərəfimizdən, danışıqları bərpa etmək üçün Vyanaya qayıtmağa hazır olduğumuzu açıq şəkildə bildirdik. İranı tezliklə danışıqlara qayıtmağa çağırırıq”.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …