Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

ABŞ Öcalan və Qəndili sildi: Tillersonun təklifinin sirri…

ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini silib.

Boyukmilet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə “PYD PKK-ya qarşı vuruşa bilər” təklifini şərh edən ehtiyatda olan türk polkovnik Ünal Atabay deyib.

Atabayın sözlərinə görə, ABŞ Qəndilə uzun müddətdir rəhbərlik edən heyəti silməyi və qruplaşmanın Suriya qolu olan, daha çox yoxlamalara məruz qalan YPG-nin daxilində yeni bir PKK-nın yaradılmasını planlaşdırır. Ağ Ev bu planın ilk addımlarını hələ oktyabr ayında ataraq Öcalanın “hörmətə layiq olmayan” şəxs olduğunu açıqlayıb. Bu açıqlama Qəndil rəhbərliyi və Öcalanla münasibətlərin davam etdirilməyəcəyi istiqamətində mesaj olub.

“YPG-nin PKK-ya qarşı döyüşdürülməsini sadəcə olaraq terror qruplaşmasının rəhbərliyinə qarşı addım kimi qiymətləndirmək lazımdır. Qruplaşmanı aradan qaldırmaq kimi bir niyyətləri olmayacaq. Əksinə, 4 ölkədəki silahlı qrupların (HPG-Türkiyə, YPG-Suriya, PJAK-İran, PÇDK-İraq) strukturu mühafizə edilərək YPG nəzdində yeni ad altında yeni bir PKK yaradılması istənilir”, – Atabay bildirib.

Atabay həmçinin Vaşinqtonun PKK üzərində nəzarəti YPG qədər dərinləşdirə bilmədiyini və əməkdaşlıq edəcəyi yeni liderlər axtardığını bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun YPG-PKK ilə bağlı açıqlamasına cavab olaraq Türkiyə Menbiçdə birgə fəaliyyət göstərməyi təklif etmişdi.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir