Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi yeri ötürüblər.

Loristan əyalətində 4 nəfər məlumat toplayıb, daha 2 nəfər isə Kirman əyalətində silah keçirməyə cəhd edib.

Check Also

Heqset: Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir

Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir. Boyukmillet.com xəbər verir ki, ABŞ-nin müharibə …