ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə qəbul edilmiş iki qanunu ləğv etmək niyyətindədir.
Bu barədə TASS-a məlumat verir.
Məlumata görə, müvafiq müddəalar cari maliyyə ili (1 oktyabrda başlayan) üçün müdafiə büdcəsi qanun layihəsində yer alıb və ABŞ qanunverici orqanındakı demokratlar və respublikaçılar tərəfindən razılaşdırılıb.
ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Buna baxmayaraq, son onilliklərdə ABŞ liderləri xaricdə hərbi güc tətbiq etmək, o cümlədən faktiki cəhətdən yeni əməliyyatlara başlamaq üçün qanunvericilər tərəfindən onlara verilən səlahiyyətlərdən çox geniş şəkildə yararlanıblar. Konqresin bəzi üzvləri dövlət başçısının yalnız hökumətin qanunvericilik orqanının icazəsi ilə hərbi güc tətbiq etməsini tələb edən qətnamələr təqdim ediblər. Lakin bu sənədlərdən heç biri indiyədək qəbul edilməyib.
Bununla bağlı olaraq, hər iki partiyanın nümayəndələri ABŞ liderlərinin son illərdə Yaxın Şərqdə güc tətbiq etmək üçün arxalandıqları bu iki qanunu ləğv etmək qərarına gəliblər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
