Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ qüvvələri Yəməndə husilərə məxsus silah anbarlarına zərbələr endirib

Amerika hərbi qüvvələri Yəmənə növbəti zərbələr endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hədəf “Ənsar Allah” hərəkatından olan husilərin silah anbarları olub.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəstəklədiyi husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirib”, – Pentaqonun nümayəndəsi telekanala bildirib. O həmçinin vurğulayıb ki, zərbələr husilərin nəzarətində olan Yəmən ərazilərinə endirilib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …