Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir

“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, – o bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib: “Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.

Xatırladaq ki, Hikmət Hacıyev bu həftə ABŞ-a səfər edib və orada rəsmi şəxslərlə, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla bir sıra görüşlər keçirib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …