Çərşənbə , 14 May 2025
Drone Cameras

ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib

Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”.

Boyukmillet.com ABC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib.

“Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, – Kleyn telekanala müsahibəsində bildirib.

O, ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə hazır olduğunu təsdiqləyib.

“Prezident Zelenskinin dediyi kimi, bu (Rusiya Federasiyasının Ukraynanın şərq rayonlarını ələ keçirməsi, Kiyev isə qalan ərazilərə nəzarəti özündə saxlaması üçün – red) onun üçün qəbuledilməzdir və biz ona hərbi, iqtisadi, humanitar yardım göstərəcəyik”, – Ağ Ev rəsmisi əlavə edib.

Check Also

KİV: Britaniya sakini məhkəmə səhvi ucbatından 38 il həbsxanada yatıb

Böyük Britaniyanın Apellyasiya Məhkəməsi 38 il həbsdə yatmış 68 yaşlı Piter Sallivana qarşı haqsız qətl …