Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib

“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib.

O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən, 2 ay yarımdır bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”.

Qeyd edək ki, Viktoria Nuland dünən NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …