Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

ABŞ səfirliyi: “Biz bu gün azərbaycanlıların matəminə qoşuluruq”

“Biz bu gün azərbaycanlıların matəminə qoşuluruq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tviterində yazılıb.

” 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk”,- paylaşımda qeyd olunub.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Check Also

Bakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Boyukmillet.com .xəbər …