Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

ABŞ Senatının 98:2 səslə Rusiya əleyhinə geniş sankisyalar paketini təsdiqləməsi Prezident Donald Trampın Moskva əleyhinə cəza tədbirlərini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər.

“Bizim itirməyə vaxtımız yoxdur,” deyə Arizona ştatından Respublikaçı Senator Con Makkeyn bildirib. “ABŞ Vladimir Putinə və istənilən başqa aqressora güclü mesaj göndərməlidir ki, biz demokratiyamıza edilən hücumlara dözməyəcəyik.”

Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz.
“Biz seçkilərimizə bu cür müdaxiləyə icazə verməməliyik,” Demokrat Senator Jeanne Şahin bildirib.

İrana tətbiq edilən sankisya paketinə düzəliş olaraq yeni dəyşikliklər Rusiyanın kiber casus təsisatları, enerji sektoru, maliyyə maraqları və Moskvadan Suriyaya silah axınını hədəf alır.

“Siyahısı genişlənən sankisyalar enerji layihələrinə və xarici maliyyə təsisatlarına tətbiq edilə bilər.” Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Ben Kardin bildirib.

Bu ölçülər Konqresin Ağ Evin Rusiya ilə bağlı siyasətindəki mövqeyini gücləndirir,

“Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz,” Kardin deyib.

Tramp adminisrasiyası deyilənlərə görə Obama administrasiyası dönəmində Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytarmağı nəzərdən keçirir. Prezident Tramp dəfələrlə Rusiyanın kiber fəaliyyətlərini qabartmayaraq, Moskva ilə daha yaxşı münasibətlərə can atdığını ifadə edib (“Amerikanın səsi”).

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir