Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

ABŞ Türkiyəni hədələdi: “S-400-lər gələrsə, nəticələri ağır olacaq”

S-400 raket sistemləri Türkiyəyə verilərsə bir çox problemlərə səbəb olacaq.

boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi təmsilçisi Kay Beiler Haçison bildirib.

“Artıq geriyə yol görünmür. S-400-lərin Türkiyəyə təslim edilməsi qaçınılmaz görülür. Bu isə, F-35 qırıcılarının ortaq istehsalı layihəsindən çıxarılması ilə bərabər bir çox başqa sanksiyalarla üzləşməsi ilə də nəticələnə bilər” – deyə, ABŞ diplomatı sərt şəkildə hədə-qorxu gəlib.

Bu gün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə S-400 məsələsi ilə bağlı açıqlama verib:
“Türkiyənin təhlükəsizliyi məsələsinə biganə qala bilmərik. S-400 bizim təhlükəsizliyimiz üçün çox önəmlidir. Gələn aydan başlayaraq sistemlərin Türkiyəyə idxalına başlayırıq. Bu həm də Türkiyənin suverenlik hüququdur və geri addım atılmayacaq”.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …