Bazar , 15 Noyabr 2026
Drone Cameras

Avropa ölkələrində Dünya Azərbaycanlıları İttifaqının nümayəndəlikləri açılacaq

Azərbaycanlı idmançı Alim Nəbiyevin Cedric Doumbe ilə döyüşünü izləmək məqsədilə Parisə gedən Dünya Azərbaycanlıları İttifaqının sədri və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Avropaya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək. Bu barədə məlumat boyukmillet.com -a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Fizuli Məmmədovun Fransa, Avstriya və Benilüks ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə Avropa ölkələrində Dünya Azərbaycanlıları İttifaqının nümayəndəliklərinin açılması məsələləri müzakirə olunacaq.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …