Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ Ukrayna üzrə BMT Qətnaməsindən geri çəkildi – Siyasi sürpriz! 

ABŞ ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib.

Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki,  sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələri yer alır, lakin ABŞ bu siyahıya daxil edilməyib.

Fevralın 24-nə hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən dərhal, tam və qeyd-şərtsiz qoşunlarını çıxarması tələb olunur.

Musavat.com

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …