Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. “Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik”, – ABŞ rəhbəri deyib.

Bayden jurnalistlərlə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …