Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək

Fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da var idi. ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər.

Ötən həftə Qərb KİV-i ABŞ Prezidenti Donald Trampın bəyanatına istinadən fevralın 25-də ABŞ-Rusiya danışıqlarının yeni raundunun keçiriləcəyini bildirmişdi.

Check Also

Azərbaycanın BMT-də çağırışı: İtkin düşənlərin taleyi açıqlanmalı, cinayətkarlar cəzalandırılmalıdır

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Baş Assambleyada “İtkin düşmüş şəxslər” mövzusunda keçirilən müzakirələrdə …