Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ vitse-prezidentinin çıxışı qalmaqal yaradıb

ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib.

Boyukmillet.com xəbər verir ki, vitse-prezident “biz əhali sayını azaldacağımız təqdirdə, övladlarımız daha çox təmiz hava alacaqlar”, – deyə siyasətçi iqlim dəyişikliyinə həsr olunan konfransda bildirib. Düzdür, sonradan sözlərinə aydınlıq gətirməli olub. Bildirib ki, “azaltmaq” əvəzinə “çirkləndirilməsi ” (pollution) demək istəyib. Düzəldilən variant artıq Ağ Evin saytında yerləşdirilib.

Adətən belə qalmaqallı, gülünc bəyanatlar ABŞ Prezidenti Cozef Baydenin dilindən çıxır. Məsələn, C.Bayden ABŞ ştatlarının sayını səhv deməsi, Ukraynanı İraq adlandırması, hətta insulini ixtiraçısı ilə danışması ilə gündəm olub.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …