Çərşənbə , 11 Mart 2026
Drone Cameras

ABŞ vizaları kütləvi şəkildə ləğv edir

ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarından etibarən müxtəlif kateqoriyalar üzrə 85 min vizanı ləğv edib. Bu göstərici ötən ilin nəticələrini iki dəfədən çox üstələyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanala danışan Departament rəsmisinin sözlərinə görə, vizaların təxminən 50%-i sərxoş vəziyyətdə avtomobil idarəetmə, hücum və oğurluq kimi hüquq pozuntularına yol vermiş əcnəbilərdən geri alınıb. Daha 8 min viza isə tələbələrdən ləğv edilib.

Amerikalı konservativ fəal Çarli Kirkin qətlini qeyd edən bəzi əcnəbilərin vizaları da geri çağırılıb.

Dövlət Departamenti vizaları ölkədə icazə verilən qalma müddətinin aşılması, viza sahibinin cinayət fəaliyyətində iştirakı, ictimai təhlükəsizliyə təhdid yaratması, habelə terror təşkilatlarının fəaliyyətində iştirakı və ya onlara dəstək verilməsi səbəbilə ləğv etmək hüququna malikdir.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …