Bazar , 4 Oktyabr 2026
Drone Cameras

ABŞ-yə gedən iki ailə itkin düşdü – FOTO

ABŞ-yə getmək arzusu Karib adalarında iki özbək ailəsinin müəmmalı şəkildə yoxa çıxması ilə nəticələnib.

Boyukmillet.com  xəbər verir ki, aralarında uşaqların da olduğu ailələrdən artıq iki ildir xəbər yoxdur.

Məlumata görə, Səmərqənddən olan iki ailə ABŞ-yə qeyri-qanuni yollarla çatmaq üçün təhlükəli marşruta qoşulub. Onların insan qaçaqmalçıları və vasitəçilərlə əlaqə qurduğu bildirilir. Ailə üzvləri sonuncu dəfə Karib adalarında yaxınları ilə əlaqə saxlayıblar. Həmin danışıqdan sonra isə onlar yoxa çıxıblar.

Bildirilir ki, yoxa çıxan şəxslər arasında 4 uşaq da olub. Hər iki ailənin eyni gündə əlaqəsinin kəsilməsi hadisənin arxasında cinayətkar şəbəkələrin dayanması ehtimalını artırır.

Jurnalistlər və itkinlərin ailə üzvləri araşdırmaları davam etdirsələr də, onların harada olduqları və başlarına nə gəldiyi naməlum qalır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …