Bazar , 29 Mart 2026
Drone Cameras

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ ordusu Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərində suüstü pilotsuz uçuş aparatları aşkar edib və onların bölgədəki ticarət gəmilərinə təhlükə yaratdığı müəyyənləşib:

“CENTCOM qüvvələri husilərə aid partlayıcılar daşıyan suüstü dronlara zərbələr endirib. Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, – deyə məlumatda bildirilib.

Check Also

Avropada “İran şəbəkəsi” HƏRƏKƏTƏ KEÇDİ: Terror cəhdinin QARŞISI ALINDI

Fransa polisi Parisdə “Bank of America” filialının binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb. …