Bazar , 15 Noyabr 2026
Drone Cameras

Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.

“Bouyukmillet.com”un məlumatına görə, hadisələr Saray və Hokməli qəsəbələrində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini, 1985-ci il təvəllüdlü Firuzə Kərimova və Hökməli qəsəbə sakini, 2007-ci il təvəllüdlü Mustafayeva Rəsmiyyə Qənbər qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki fakt araşdırılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …