Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istəyiblər

Abşeronda naməlum şəxslər 67 yaşlı ahıl qadına ağır xəsarət yetiriblər.

Boyukmillet.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Abşeron Gənclər Şəhərciyində 1954-cü il təvəllüdlü Əliyeva Maşxanım İsmayıl qızı yaşadığı evdə amansızlıqla döyülüb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı M.Əliyevaya çənə, burun və almacıq sümüklərinin sınıqları diaqnozları qoyulub.

M.Əliyevanın dediyinə görə, onu yaşadığı evdə tanımadığı qızla oğlan döyüb. Həmin şəxslər daha sonra qadını boğmağa çalışıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Check Also

Bərdə Rayon Məhkəməsinin hakiminin özü məhkəmə qarşısına çıxarılır

İstintaq dövrü üçün onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib Narkotik satışıyla bağlı işdə rüşvət …