Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Boyukmillet.com xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.

Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir.

Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …