“AEBA ilə Azərbaycan arasında əla əməkdaşlıq qurulub”.
Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi deyib.
Qrossi qeyd edib ki, AEBA Azərbaycan ilə bir çox sahələrdə, o cümlədən nüvə təbabəti və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edir.
“Pambıqçılıqda məhsuldarlığın artırılması baxımından yaxşı nəticələr əldə etmişik. Bəziləri belə sahələri AEBA ilə əlaqələndirmir, lakin onlar da vacibdir. Biz Azərbaycana iqtisadiyyatın inkişaf etdirilməsində kömək edirik”, – Baş direktor bildirib.
Xatırladaq ki, AEBA-nın Baş direktoru Rafael Qrossi martın 2-də Bakıda işə başlayan Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edir.