Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb

Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq edilməsi ilə bağlı çoxsaylı faktlara malikdir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın siyasi məsələlər üzrə baş məsləhətçisi Stiven Miller ABC telekanalına verdiyi müsahibəsində bildirib.

“Ağ Ev seçkidə saxtakarlığa dair çoxsaylı faktlar üzə çıxarıb. Söhbət birdən çox ştatda yaşayan insanların səs verməsindən gedir. Eyni zamanda, artıq ölənlərin və ümumiyyətlə, ABŞ vətəndaşı sayılmayan şəxslərin də seçkidə səs verdiyi faktını ortaya çıxarmışıq”, – deyə S.Miller vurğulayıb.

S.Miller yaranmış vəziyyəti qalmaqal adlandırıb və bildirib ki, ABŞ seçkilərdə buna haqqı olmayanların səs verməsinə görə dəhşət içində olmalıdır.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçirilib, bu siyasi kampaniyada respublikaçı Donald Tramp qələbə qazanıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir